Qərargah: Vəziyyət çox ciddidir, evdən çıxmayın

Qərargah: Vəziyyət çox ciddidir, evdən çıxmayın

Vəziyyət çox ciddidir. İnsanlar hələ də başa düşmək istəmirlər. Zəruri olmadıqca evdən çıxmayın!

Miq.Az xəbər verir ki, bunu Operqərargahın konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

"Xəstələr çox olarsa, xəstəxanalarda yer qalmayacaq. Bu, bütün ölkələrdə belədir. Biz bu qadağaları vəziyyət pisləşmədən qoymaq məcburiyyətindəyik. Biz müalicə prosesi barədə hər gün araşdırma aparırıq. Xəstələr xəstəxanaya tədricən gəldikdə müalicə prosesi aparmaq olur", - o bildirib.

Y.Qarayevanın sözlərinə görə, hər kəs maskadan istifadə etməlidir:

"Bütün bölgələrdə ölkədaxili yoluxma qeydə alınıb. Maskalardan istifadə mütləqdir.

Xüsusilə qeyd etmək istəyirəm ki, hazırda istifadə olunan testlər Almaniya istehsalıdır. Bunlar zaman və maliyyə tələb edir. Bu günə qədər 30 minə yaxın test edilib. Bu məsələlər üzərində iş davam edir. Dövlət bu prosesi pulsuz şəkildə həyata keçirməyə çalışır.

Pandemiya vəziyyətində yaşayırıq. Biz bunları planlamamışdıq. Vəziyyəti dərk etməsək, öhdəsindən gələ bilməyəcəyik.

Karantin istirahət demək deyil. Bu, bizim məcburi vəziyyətdən çıxmağa çalışdığımız yoldur. Bu gün vətənimiz təhlükəsiz deyil".

O qeyd edib ki, insanlar şüurlu şəkildə özünütəcridə əməl etməli, səhhətlərini qorumalıdır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az