Qorxulu proqnoz: "Hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək"

Qorxulu proqnoz:
2025-ci ilə qədər dünyada hər 50 nəfərdən biri allergik xəstəlikdən əziyyət çəkəcək.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bunu pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib.
Onun sözlərinə görə, dünyada allergik xəstəliklərə yoluxanların sayı getdikcə artır:
"Burada qidalar, iqlim də rol oynayır. Qidalarda həddindən artıq əlavələrin olması allergiyaya daha çox yol açır. Lakin son vaxtlar ağır formada olan astmaya rast gəlinmir. Bunu öz təcrübəmə əsasən deyirəm. Burada maarifləndirmə də rol oynayır".

A.Əyyubova allergik xəstəliklərdən əziyyət çəkən körpələrə peyvəndin edilib-edilməməsinə də münasibət bildirib:
"Peyvənd tam sağlam uşağa vurulmalıdır. Bizdə peyvənd uşaqlara elə də çox fəsad vermir. Amma ağır fəsadlar verə bilər. Rusiya da açıq elan edir ki, sağlam uşaqlar cəmi 10 faizdir. Allergiyası olan uşaqlara peyvənd vurmaq olar, lakin bu, yalnız remisiya dövründə ola bilər. Uşaqlar, ümumiyyətlə, peyvənddən iki həftə əvvəl buna hazır olmalıdırlar".
A.Əyyubova valideynlərə xəbərdarlıq da edib: "Valideynlər diqqətsizlik edərək övladların mütəmadi şəkildə burun axmasına çox diqqət etmirlər. Lakin diatezli körpələr gələcəkdə bu və ya digər allergik xəstəliklərə meyilli olurlar".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az