“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB

“Qoşunlarınızı dərhal çıxarın!” - Moskvadan ABŞ-a TƏLƏB
"Rusiya ABŞ-ı Suriyada odla oynamamağa çağırır”.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Valday" diskusiya klubunda "Yaxın Şərqdə Rusiya: bütün sahələrdə oyun" konfransında deyib.
Onun sözlərinə görə, söhbət Suriyanın müstəqilliyi və ərazi bütövlüyünü saxlamaq ehtiyacından gedirsə, Rusiya bu ölkəni parçalamaq cəhdlərini sakitcə müşahidə edə bilməz.
"ABŞ-ın Suriya torpaqlarında reallaşdırmağa başladığı planlar qorxu yaradır. Amerikalı həmkarlarımız bildirir ki, tək hədəf İŞİD-lə mübarizə və Suriyanın ərazi bütövlüyünün saxlanılmasıdır. Bu təminatlar konkret işlərlə təsdiq edilməlidir. Mən amerikalı həmkarlarımızı odla oynamamağa və öz addımlarını yoxlamağa çağırıram”, - diplomatik idarənin başçısı vurğulayıb.
O qeyd edib ki, ABŞ Suriyada fitnəkar hərəkətlər edir. Lavrovun sözlərinə görə, Vaşinqton bu hərəkətlərə kürdləri də cəlb edir. Nazir bildirib ki, sonuncu addım Türkiyə ilə münasibətlərin gərginləşməsinə gətirib çıxarıb.
Lavrov ABŞ-ın Suriyanın cənubunda yerləşən El-Tanfdan güçlərini dərhal çıxarmalı olduğunu söyləyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az