Quba-Xınalıq yolunda qar uçqunu: Kəndlərlə əlaqə kəsilib

Quba-Xınalıq yolunda qar uçqunu: Kəndlərlə əlaqə kəsilib
Gecə saatlarından başlayaraq yağan aramsız qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.

Xınalığın icra nümayəndəsi Nəsimi Məmmədov AzVision.az-a bildirib ki, həmin istiqamətdə kəndlərlə nəqliyyat əlaqəsi kəsilib.
"Quba-Xınalıq yolu qar uçqununa görə bağlanıb. Hazırda əraziyə texnikalar cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır. Çox güman ki, axşama kimi işlər yekunlaşacaq”.

Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az