Qubada mənzilə basqın edən dəstənin 3 üzvü saxlanılıb, 2 nəfər axtarışdadır

Qubada mənzilə basqın edən dəstənin 3 üzvü saxlanılıb, 2 nəfər axtarışdadır
Quba rayonunun 1-ci Nügədi kənd sakini Hamlet İbrahimov aprelin 1-də  gecə saatlarında bir qrup maskalı şəxsin soyuq silahlarla silahlanaraq onun yaşadığı evə daxil olduğunu, əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq ona müxtəlif  bədən xəsarətləri yetirdiklərini, evdən külli miqdarda pul və mobil telefon oğurladıqlarını bildirib.
Məlumatla əlaqədar Quba Rayon Polis Şöbsinin (RPŞ) əməkdaşları hadisə yerinə gedərək, əməliyyat tədbirləri həyata keçiriblər.
DİN-nin Quba Regional qrupundan ONA-nın şimal bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğ hadisəsini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov və Məhəmməd Tağıyev saxlanılıblar. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərdən hadisə zamanı istifadə edilmiş maskalar, əlcəklər və soyuq silahlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Cinayətkar dəstənin digər üzüvləri, Şəki şəhər sakini, Əmrahov Mustafa Mehman oğlu və Şirvan şəhərində anadan olan hazırda Bakı şəhərində yaşıyan Əmirli Ülvi İkram oğlunun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etirilir. Bu şəxslər haqqında məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə,  həmçinin Quba RPŞ-nin (02333)5-35-11 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az