Qüds qətliamı: snayperlər ona da aman vermədi: 59 ölü - Video

Qüds qətliamı: snayperlər ona da aman vermədi: 59 ölü - Video

ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürülməsinə etiraz olaraq dünəndən başlayan və "Milyonluq yürüş” adlanan etiraz aksiyalarında ölən və yaralananların sayı artır.

Axar.az xəbər verir ki, Qəzza sərhədində baş verən qarşıdurmalar nəticəsində İsrail əsgərləri tərəfindən öldürülən fələstinlilərin sayı 59-a çatıb. 2700-dən çox yaralının olduğu bildirilir.

İsrail ordusu 3 fələstinlinin tikanlı məftillərə partlayıcı yerləşdirərkən öldürüldüyünü bildirib. Öldürülənlərin əksəriyyəti snayperlər tərəfindən vurulub.

Ordunun məlumatına görə, aksiyalara qatılanların sayı 40 mindən çox olub.

İsrailin 2014-cü ildə Qəzzaya qarşı apardığı hərbi əməliyyat zamanı hər iki ayağını itirən 29 yaşlı Fadi Əbu Salah adlı gənc də İsrail ordusunun açdığı atəş nəticəsində həlak olub.

Fələstin Səhiyyə Nazirliyi Qəzza yaxınlığındakı qarşıdurmada 8 aylıq fələstinli körpənin də öldüyünü bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az