Qurban bayramı ilə əlaqədar sahibkarlara XƏBƏRDARLIQ

Qurban bayramı ilə əlaqədar sahibkarlara XƏBƏRDARLIQ
Kənd Təsərrüfatı Nazirliyi Qurban bayramı ilə əlaqədar sahibkarlara müraciət edib.

Nazirlikdən verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi sahibkarları yalnız nazirliyin Bakı şəhərinin yarmarkalarının tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dəvət edir.
"Kənd Təsərrüfatı Nazirliyi sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında (Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Keşlə bazarının yanı, Xətai rayonu, "Nargilə” kafesinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi, "İdeal” şadlıq sarayının həyəti, Səbail rayonu Seymur Məmmədov küçəsi 8, parkın yanı) təşkil olunmuş Qurbanlıq heyvanların satış-yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və Bakıətrafı qəsəbələrin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb. Sahibkarları Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edirik”, - məlumatda qeyd olunur.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az