Qurban Qurbanova görə “Qarabağ” cərimələndi

Qurban Qurbanova görə “Qarabağ” cərimələndi
AFFA İntizam Komitəsi "Qarabağ” klubunu 800 manat məbləğində cərimələyib.

Miq.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda "Keşlə” ilə matçda "A” buraxılışından istifadə etməməsidir.
Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandandan qovulan "Keşlə”nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir: "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az