Qurban Qurbanovdan gözlənilməz addım - Təzminatdan imtina etdi

Qurban Qurbanovdan gözlənilməz addım - Təzminatdan imtina etdi

Qurban Qurbanov AFFA-nın ona ödəməli olduğu təzminatdan imtina edib.


Miq.az  qol.az-a istinadən bildirir ki, "Qarabağ"ın çalışdırıcısı bununla bağlı fikrini ötən şənbə günü AFFA İcraiyyə Komitəsinin iclası zamanı federasiya rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, məhz həmin iclasda Qurbanovla müqavilənin ləğv edilməsi haqda qərar çıxarılıb. Beləliklə, 46 yaşlı məşqçi ilə ötən il imzalanmış 6 illik müqavilənin müddəti cəmi 1 il çəkib. Sənəd  vaxtından əvvəl ləğv  olunduğundan Qurbanovla bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, ona təzminat ödənməlidir. Əldə etdiyimiz xəbərə görə, AFFA üzərinə götürdüyü bu hüquqi öhdəliyi yerinə yetirməyə hazır olsa da, Qurbanov millidə pula görə işləmədiyini söyləyərək təzminatdan boyun qaçırıb.

Millidəki fəaliyyətinə görə Q.Qurbanova AFFA-nın konkret nə qədər ödəməsi barədə məlumat verilmir. Amma daha əvvəl millimizi çalışdırmış R.Prosineçkinin rəhbərlik etdiyi məşqçilər heyətinə illik 1 milyon 200 min avro ödəndiyi barədə xəbərlər var idi.

 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az