Qusarda əməliyyat - tonlarla narkotik tapıldı

Qusarda əməliyyat - tonlarla narkotik tapıldı
Polis plantasiya aşkar edib

Qusarda narkotik plantasiyası aşkarlanıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, polis şöbəsinin Şahdağ bölməsinin əməkdaşları Dövlət Gömrük Komitəsinin Hüquq pozmalarına qarşı Mübarizə Şöbəsinin əməkdaşları  birgə Qusar rayonunun dağlıq ərazisində əməliyyat keçiriblər.
Plantasiyada aşkar edilən hind çətənəsi kimi tanınan narkotik maddənin çəkisinin bir neçə ton olduğu bildirilir.
Qusar polis şöbəsinin Şahdağ bölməsinin rəisi Səbuhi Rüstəmov faktı təsdiqləyərək əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.
Əlavə məlumat veriləcək.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az