Ramil Usubov prokuroru yanına apardı – YENİ TƏYİNAT

Ramil Usubov prokuroru yanına apardı – YENİ TƏYİNAT
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasında yeni təyinat olub.
 
Publika.az-ın əldə etdiyi məlumata görə, İldırım Vəliyev Təhlükəsizlik şurasında baş məsləhətçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Vəliyev bu təyinatadək Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsini tutub.
President İlham Əliyevin bir neçə ay əvvəl imzaladığı sərəncamla general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibi təyin edilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az