Ramil Usubovdan rəis təyinatı

Ramil Usubovdan rəis təyinatı

Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinə yeni rəis təyin olunub.

Aznews.az-a daxil olan məlumata görə, iki gün öncə bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polis mayoru Rəşad Xəlilov gətirilib. Rəşad Xəlilov bu təyinata qədər bölmənin rəis müavini vəzifəsində çalışırmış.

Qeyd edək ki, noyabr ayının əvvəlində daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Zərdab rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Müşfiq Əmirov tutduğu vəzifədən azad edilərək Füzuli rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi təyin etmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az