Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan dəfələrlə geri qaytarılıb - ŞOK İTTİHAM

Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan dəfələrlə geri qaytarılıb - ŞOK İTTİHAM

AMEA-nın şöbə müdiri, professor Əbülhəsən Abbasov bu qurumun prezidenti Ramiz Mehdiyev haqda şok faktlar açıqlayıb.

Miq.Az xəbər verir ki, o, AMEA prezidentini öz şəxsi bioqrafiyasını saxtalaşdırmaqda və savadsızlıqda ittiham edib:

"Dəqiq yadımdadır ki, o, 1993-cü ildə Prezident Aparatına Ümumi şöbəyə müdir vəzifəsinə təyin olundu. Amma bu fakt onun bioqrafiyasında saxtalaşdırılaraq 1994-cü il kimi göstərilib. Ramiz Mehdiyev o zamana qədər elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işini yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev, fəlsəfə elmləri üzrə doktorluq adını aldı. Təzyiqlə elmi ada yiyələnməyini ört-basdır etmək üçün isə PA-ya işə qəbul olunması tarixini saxtalaşdırıb”.(yenisabah.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az