“Real”dan “Roma”ya 60 milyonluq təklif

“Real”dan “Roma”ya 60 milyonluq təklif
"Real” "Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir. 

Qol.az-ın "Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, Madrid klubu 25 yaşlı qapıçı üçün 60 milyon avro ödəməyə razıdır. 

"Real” futbolçunun özü ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Keçid baş tutarsa, Alisson yeni klubunda ildə təxminən 5 milyon avro maaş alacaq. 

Qeyd edək ki, "Roma”nın heyətində saxlamaq istədiyi braziliyalı qolkiperi "Liverpul” da transfer etmək istəyir. 

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az