Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü

Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşdü
Həm baş məşqçi, həm də futbolçu

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb.
Miq.az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov "Qarabağ"ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir.
Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan "Qarabağ"ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə start verib. Sadıqovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda "Çelsi"yə Londonda 0:5 hesabı ilə uduzub.


Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az