Respublikamizda “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçiriləcək

Respublikamizda “Bölgələrdən Bölgələrə”  Yaradıcılıq Festivalı keçiriləcək

Mart ayının 28-dən etibarən Gəncə şəhərində "Bölgələrdən Bölgələrə”  Yaradıcılıq Festivalının açılış mərasimi baş tutacaq.
"Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə keçiriləcək.
Festival Azərbaycanın bütün regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağına imkan yaradacaq. Eyni zamanda bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə zəmin olacaq.
İki hissədən ibarət olan  "Bölgələrdən Bölgələrə”  Yaradıcılıq Festivalının birinci hissəsi sərgiyə, ikinci hissəsi isə konsert proqramına həsr ediləcək.
Sərgidə festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən  sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənəcək. Bundan başqa, sənətkarlıq nümunələrinin satış yarmarkası da təşkil olunacaq.
Konsert proqramında isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alacaq.
Qeyd edək ki, "Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda  ikinci dəfədir ki, keçirilir.  Yaradıcılıq festivalı iki ay davam edəcək. Beləki, festivalın mart ayında Gəncə və Ağstafada,  apreldə  Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcəbədi, Abşeron, Xaçmaz, may ayında  isə  Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərində  keçiriləcəyi planlaşdırılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az