Rəsul Quliyevdən ŞOK AÇIQLAMA: "2.7 min kvadrat kilometr ərazi ermənilərə verilsin"

Rəsul Quliyevdən ŞOK AÇIQLAMA:

Azərbaycanın eks-spkeri, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyev ermənilərin maraqlarına xidmət edən açıqlama ilə çıxış edib.

Miq.Az xəbər verir ki, o, Qarabağ münaqişərinin həlli üçün 2.7 min kvadrat kilometr ərazinin ermənilərə verilməsini təklif edib.

R. Quliyev deyir ki, ermənilər bir məsələni anlamağı qarşılarına məqsəd kimi qoymalıdırlar ki, ilk növbədə indi 18,19 hətta 20 əsr olmadığını başa düşməli və qəbul etməlidirlər.

"Ermənistanın indiki torpaqları 19-20-ci əsrlərdə başqalarının torpaqlarını işğal etmək yolu ilə sahib çıxmaq olar prinsipləri əsasında formalaşıb. 19-cu əsrdə Rusiya "mən qolu güclüyəm torpaqları Azərbaycandan alıb ermənilərə verirəm, bu mənim zorumu göstərir və heç kim mənim əleyhimə çıxa bilməz” siyasəti idi.

"Krım da xoşuma gəlir, mənim sərhədimdədir onu da Osmanlı imperiyasından alıram kim mənə nə deyə bilər” siyasətinin qurbanıdır. Ancaq artıq 20-ci əsrdə başqasının torpaqlarını işğal edib özününküləşdirmək artıq mümkün olmadı. Bu yaxınlarda ABŞ hökuməti heç vaxt Pribaltika ölkələrinin sovetlərin tərkibində olduğunu qəbul etmədiyini açıqladı. Sovetlərin Yaponiyadan qopatdığı adaların heç vaxt Rusiyanın olmayacağına Putin tipli imperiya dəliləri inanırlar.

Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayacaq. Bunu anlamamaq qanmazlıqdır. İndi iş elə gətirib biz qonşu ölkələr olmuşuq. Erməni xalqı işğal etdiyiniz Azərbaycan toppaqlarının heç bir qarışıda heç vaxt sizə verilməyəcək. Bunu anlamamaq əbləhlikdir.Ona görədə uzun müddətli güclü Azərbaycanla cılız Ermənistanın bu torpaqlar üstündə vuruşması ancaq və ancaq sizin bir dövlət kimi süqutunuza gətirib çıxardacaq. Ona görə oturub hamının qəbul edəcəyi bir müqavilə üzərində işləmək lazımdır.

Qarabağın 4.6 min kvadrat km sahəsi var. Onun təqribən 2.7 minində ermənilər,1.9-da azərbaycanlılar yaşayıb. istərsiniz, həmin 2.7 min kvadrat kilometri Ermənistanla sərhəddə Azərbaycan sizə versin və siz DQ-ı bütövlüklə tərk edin, istərsiniz öz torpaqlarınızda qalın əvvəlki kimi Azərbaycan hökümətinin qarantı altında və ya buna uyğun alternativ təklif verin müzakirə edək.

Bu müqavilənin müzakirəsində Ermənistan və Azərbaycan iştirak etməlidir, vəssəlam. Müqavilə bağlananda bir çox ölkələr şahid kimi iştirak edə bilər. Bu çox qısa bir formuladır, ciddi sənəd deyildir. Ancaq sizin üçün çox əhəmiyyətli addım ola bilər”.

Rəsul Quliyevin bu açıqlaması azərbaycanlılar tərəfindən hiddətlə qarşılanıb və eks-spiker sərt tənqidlərə məruz qalıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az