Rusiya Ermənistana silahı niyə Azərbaycan hava məkanından aparmaq istəyib? - Təxribat, yoxsa...?

Rusiya Ermənistana silahı niyə Azərbaycan hava məkanından aparmaq istəyib? - Təxribat, yoxsa...?
"Azərbaycan Ermənistana uçan Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini vurmamaqla böyük humanistlik göstərib”.

 
Bu sözləri BakiPost.az-a açıqlamasında politoloq Qabil Hüseynli rəsmi Bakının Ermənistana silah aparan Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın bu hərəkətinə görə inciməməlidir: "Bu iki ölkə arasındakı münasibətlərə təsir edə bilməz. Çünki mülki təyyarələrin uçuşu haqda Çikaqo konvensiyası var. Bu konvensiyanı qəbul etmiş hər bir ölkə özünün hava koridorunu digər Çikaqo konvensiyasının üzvünə verə bilər. Bu, mülki təyyarələr üçün nəzərdə tutulub. Məsələn, bizim Naxçıvana gedən təyyarələrimiz Ermənistanın üzərindən uçur. Ermənistanın da Türkmənistan və başqa Orta Asiya ölkələrinə gedən mülki təyyarələri bizim üzərimizdən uçur. Amma bu, hərbi təyyarələrə aid edilmir. Ermənistanla Azərbaycan müharibə vəziyyətində olduğu üçün ölkəmizin hava səmasından erməni hərbi təyyarələrinin istifadə etməsi heç bir normalara uyğun gəlmir. Hesab edirəm ki, Azərbaycan o təyyarəni vurmamaqla humanistlik göstərib. Azərbaycan bu məsələlərdə tamamilə düzgün hərəkət edib. Çünki beynəlxalq qanunvericiliyin heç bir norması belə uçuşları tənzimləmir. İki ölkə arasında da belə bir saziş yoxdur. Bu səbəbdən də Azərbaycanın hərəkəti Rusiya tərəfindən incikliklə qarşılanmamalıdır”.
 

 
 
Politoloq hesab edir ki, Ermənistana silahların Azərbaycan üzərindən aparılması qıcıq verməkdən başqa bir şey deyil: "Ermənistana gedən təyyarələr Gürcüstan üzərindən uçmalıdır. Gürcüstan bu təyyarənin yükünün hərbi təyinatlı olduğunu bildiyinə görə öz səmasında ona hava koridoru verməyib. Rusiyada "tutar və ya tutmaz” prinsipinə güvənərək həmin təyyarəni Azərbaycan üzərindən göndərib. Fəxr edilməlidir ki, bizim hava hücumundan müdafiə və radar sistemləri təyyarələrinin tipini aid etməkdə, təyyarənin yükünün və təyinatının əvvəlcədən müəyyən etməkdə çox ayıq hərəkət ediblər. Bu məsələyə görə Azərbaycan hava hücumu müdafiə sisteminə təşəkkür etmək lazımdır. Rusiyanın isə nəzərinə çatdırmaq lazımdır ki, bir daha belə bir provokasiya hərəkətlərinə yol verməsin”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az