Rusiya “F-35”i ələ keçirib? – İngiltərə və ABŞ hərəkətə keçdi

Rusiya “F-35”i ələ keçirib? – İngiltərə və ABŞ hərəkətə keçdi

Ötən həftə ingilis ordusuna məxsus "F-35”in Aralıq dənizində qəzaya uğramasından sonra döyüş təyyarəsinin rusların əlinə keçməsindən narahat olan İngiltərə və ABŞ hərəkətə keçib.

Miq.Az xəbər verir ki, qəzanın ardınca ABŞ və İngiltərə ilə yanaşı, Rusiyanın da axtarışlara başladığı iddia olunub.

ABŞ və İspaniya dənizin şərq istiqamətində, ingilislər isə su hövzəsinin dibində axtarışlarını davam etdirir.

İngiltərə və ABŞ "F-35B”nin səsdən yüksək sürətlə uçmasına imkan verən məxfi radar və sensorlara malik olduğu üçün onun Rusiyanın əlinə keçməsini istəmirlər.

Rusiya hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İngilis Hərbi Hava Qüvvələrinin bir rəsmisi isə Rusiyanın cidd-cəhdlə qırıcını ələ keçirməyə çalışdığını deyib: "Mən əminəm ki, ruslar "F-35”ə sahib olmaq istəyərdilər”.

100 milyon funt-sterlinq dəyərində olan təyyarə İngiltərənin ilk "F-35” itkisi kimi tarixə düşüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az