Rusiya millisinin futbolçusu dünyasını dəyişib
Rusiyanın mini-futbol komandasının müdafiəçisi Kirill Pogorelov Moskvada qəzada dünyasını dəyişib.
Miq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza dekabrın 29-da baş verib. İdmançının idarə etdiyi avtomobil, digər maşın ilə toqquşub. Nəticədə Pogorelov aldığı xəsarətdən həlak olub.
İdmançı kariyerası ərzində 2008-ci ildə Rusiya yığmasının tərkibində gənclər arasında Avropa çempionatının qalibi olub.
Günay Arifqızı
Miq.Az