Rusiya MN Ağdam rayonu ərazisini "Azərbaycan sərhədi" kimi qəbul etdi...-FOTOLAR

Rusiya MN Ağdam rayonu ərazisini

"Rusiya sülhməramlıları Janatyaq  kəndindən Dağlıq Qarabağın Mardakert rayonunda yerləşən bir mobil şəbəkə qülləsinə gedən torpaq yolun tikintisi zamanı işin təhlükəsizliyini təmin edib. Mobil şəbəkə qülləsi tərəflərin təmas xəttinin yaxınlığında yerləşir və müntəzəm baxım tələb edir. Rayon administrasiyasə obyektə xidmət etməkdən ötrü torpaq yol tikməyə qərar verib və təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingenti ilə əlaqə qurub”.
 
Moderator.az xəbər verir ki, bu cümlələr Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında  bu gün Moskva vaxtilə saat  05:00-da yayılıb.
 
Göründüyü kimi,  Rusiyanın dövlət qurumu  10 aydan çox müddətdəki şakərinə sadiq qalmaqla prezident Putinin "beynəlxalq hüquq baxımından  Azərbaycana məxsus ərazi” adlandırdığı torpaqlarımızdakı toponimləri təhrif edərək onları ermənilərin  istədiyi kimi adlandırmaqda davam edir. İnzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan Canyataq kəndinin adı isə  saytda kobud şəkildə "Janatyaq” kimi yazılır... 

Bunlar azmış kimi, Rusiya MN saytı separatçı erməni məmurun Tərtər rayonunun Canyataq kəndi ilə yaxın -  Azərbaycanın bilavasitə nəzarətində olan  digər ərazisini  "Azərbaycan sərhədi” adlandırmasına da göz yumaraq onun işlətdiyi cümləni dəyişmədən təqdim edir. Bu da dolayısıyla separatçılarla razılaşmaq, onların dediklərini qəbul etmək deməkdir...
 
"Mobil şəbəkə  qülləsinə  yol çəkəcəyik. Sülhməramlılara üz tutduq ki, görülən işlərin təhlükəsizliyi təmin olunsun. Çünki yol Azərbaycan sərhədindən(!-S.L.) 200 metr aralıdan keçir. Qüllə Janyataq kəndi yaxınlığında yerləşir” – deyə Qarabağdakı separatçı rejimin qanunsuz inşaat şirkətinin nümayəndəsi Andranik Musaelyan bildirib.
 
Qeyd edək ki,  Tərtər rayonunun 10 noyabr üçtərəfli razılaşmasına əsasən rəsmən müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətinə verilmiş  Canyataq kəndi Ağdam rayonunun işğaldan azad  Qalayçılar və Papravənd kəndlərinin yaxınlığında yerləşir...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az