Rusiya mütəxəssis göndərir: 100-dən çox hərbçi... - Ərazilərin təmizlənməsi üçün

Rusiya mütəxəssis göndərir: 100-dən çox hərbçi... - Ərazilərin təmizlənməsi üçün

Rusiya Müdafiə Nazirliyinin beynəlxalq ərazilərin minalardan təmizlənməsi mərkəzinin bölmələri Qarabağda minaları təmizləmə prosesinə başlayır.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Hərbi Departamenti bildirib.

Məlumatda qeyd edilib ki, Moskva yaxınlığındakı Çkalovski hava limanından Aerokosmik Qüvvələrin təyyarələri beynəlxalq ərazilərin minalardan təmizlənməsi mərkəzinin mütəxəssislərini, habelə texnika, silah və xidməti itləri sülhməramlı əməliyyat zonasına gətirib.

İrəvan hava limanına 100-dən çox hərbi qulluqçu, 13 ədəd hərbi və xüsusi texnika, o cümlədən "Uran-6” robort mina təmizləmə kompleksləri, zirehli personal daşıyıcıları texnikası çatdırılıb.

Heyət və texnikanın İrəvan-Gorus-Xankəndi şossesi ilə sülhməramlı bölgəyə çatacaq. Burada müharibədən ən çox təsirlənən ərazilərdə mühəndis kəşfiyyat, minaların təmizlənməsi və partlayıcı maddələrin məhv edilməsinə başlanacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az