Rusiya S-400-lərə döyüş siqnalı verdi, Su-24-lər havada - Təhlükə

Rusiya S-400-lərə döyüş siqnalı verdi, Su-24-lər havada - Təhlükə

Rusiyanın Suriyada yerləşdirilən S-400 raket sistemləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmçinin Hmeymim aviabazasından qalxan Su-24-lər ABŞ Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki fəaliyyətini izləyir.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

@BabakTaghvaee adlı istifadəçinin məlumatına görə, Su-30M-lərin 3-cü cütlüyü birinci Su-30M-lərin qayıdışından sonra uçuşa başlayacaq:

"S-400-lər ən yüksək səviyyədə döyüşə hazır vəziyyətə gətirilib”.

Su-24-lərin Aralıq dənizində çox alçaqdan uçduğu və ABŞ HHQ-ni nəzarətdə saxladığı qeyd edilir.

Qeyd edək ki, ABŞ tərəfi Suriyanın Duma bölgəsində 80 nəfərin ölümü ilə nəticələnən kimyəvi silahdan istifadəyə görə Suriya rejimini sərt qınayıb. Prezident D.Tramp Bəşər Əsədin bunun bədəlini ağır ödəyəcəyini bildirib.

Ötən ilin aprelində də Bəşər Əsəd rejimi İdlibdə dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etmişdi və o zaman Trampın verdiyi qərarla Aralıq dənizinə "Ross” və "Porter” esminesləri gətirildi. Daha sonra Şayrat hərbi bazası 59 qanadlı raket bombardman edildi.

Rusiyanın bu hazırlığı ABŞ-ın zərbə endirəcəyi haqda rəy yaradıb. Rusiya Suriyanı qorumaq üçün tam hazırlığa başlayıb.

Xatırladaq ki, Rusiya Suriya rejiminin kimyəvi silahdan istifadə etdiyi xəbərini təkzib edir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az