Rusiya ŞOKDA: İsrail S-300-ləri bu silahla məhv edəcək

Rusiya ŞOKDA: İsrail S-300-ləri bu silahla məhv edəcək

İsrailin hazırladığı "hava-yer” sinfindən olan yeni səsdən sürətli "Rampage” aeroballistik raketlər S-300 Rusiya komplekslərinə qarşı layiqli mübarizə vasitəsidir.

Publika.az xəbər verir ki, bu haqda "Telepolis”nəşrinin jurnalisti Florian Retser yazıb.

Onun sözlərinə görə, İsrail hərbçiləri keçən həftə yeni raketləri Suriyanın Hama əyalətində avizərbələr (aprelin 13-də -red.) zamanı tətbiq ediblər.

Bundan başqa, Retser qeyd edir ki, İsraildə bu raketləri Suriyada S-300 komplekslərinin yerləşdirilməsinin nəticəsi hesab edirlər. Belə ki, bu raketlərin sözügedən kompleksləri "aldatmağa” qadir olduğu bildirilir.

Jurnalist əlavə edir ki, İsrailin IMS (Israel Military Industries) və IAI (Israel Aerospace Industries) şirkətləri tərəfindən yaradılan "Rampage”ni dördüncü və beşinci nəsil qırıcılardan, xüsusi halda, "F-15 Eagle”, "F-16 Fighting Falcon” və "F-35 Lightning II” qırıcılarından işə salmaq mümkündür. Silah zenit-raket kompleksləri və rəqibin maddi obyektlərinin, həmçinin yeraltı bunkerlərin məhvi üçün nəzərdə tutulub. Onun sözlərinə görə, raket daha yaxşı qorunan hava hücumundan müdafiə vasitələri üçün xüsusi olaraq hazırlanıb.

Silah həmçinin Rusiya istehsalı "Pantsir" zenit-raket kompleksinin "qatili" hesab edilir.

Raketin uçuş məsafəsi 150 kilometr təşkil edir, uzunluğu 4,7 metr, ümumi çəkisi 570 kiloqram, döyüş hissəsi isə 150 kiloqramdan çoxdur.

Retser sonda vurğulayır ki, indi Rusiya S-400 komplekslərinin effektivliyini göstərməli olacaq. Onun sözlərinə görə, artıq komplekslər Rusiya bazalarının müdafiəsi üçün Suriyada yerləşdirilib

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az