Rusiya tankları Ukrayna sərhədini keçdi - Ukrayna MÜHARİBƏYƏ HAZIRDIR

Rusiya tankları Ukrayna sərhədini keçdi - Ukrayna MÜHARİBƏYƏ HAZIRDIR
Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin fövqəladə iclasını keçirib.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, iclasda fərqləndirici nişanları olmayan silahlılar qrupunun Luqanskın mərkəzini bloklaması müzakirə edilib.
Luqanskdakı vəziyyətlə bağlı güc idarələrinin rəhbərlərinin məruzələrini dinləyən dövlət başçısı ATƏT-in sülh missiyasını aktivləşməyə çağırıb.
Poroşenko Rusiya tanklarının Ukrayna sərhədini keçdiyi barədə məlumat verib. O, həmçinin Ukrayna ordusunun istənilən hadisələrin inkişafına hazır olduğunu bildirib.
"Rusiya hərbçilərinin sayının Luqanskda artması, həmçinin muzdluların aktivləşməsi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri dinc əhalinin təhlükəsizliyinin təmin olunması üçün hadisələrin istənilən istiqamətdə inkişafına hazırdır”, - Poroşenko iclasın gedişatında deyib.
Qeyd edək ki, Ukraynanın şərqində yaradılan "Luqansk Xalq Respublikası” separatçı qurumun mərkəzi olan Luqanskda dünən inzibati binalar fərqlənmə nişanları olmayan naməlum silahlılar qrupu tərəfindən tutulub. Daha sonra silahlıların bir gün əvvəl separatçı qurumun başçısı İqor Plotnitski tərəfindən vəzifəsindən çıxarılan "Daxili İşlər Nazirliyinin başçısı” İqor Kornetin əmri ilə hərəkət etdiyi məlum olub.
"Dövlət” çevrilişinə cəhdin qarşısı alınıb.
Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Artyom Şevçenko isə İqor Plotnitskinin Rusiyaya qaçdığını bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az