Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq
 Rusiyanın xarici işlər naziri Sergey LavrovATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək.


"Report” xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovabu gün keçirdiyi brifinqdə deyib.
O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.
"Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı – red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq. Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, - Rusiya rəsmisi bildirib.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az