Rusiyada adamyeyən ailədən yeni xəbər - Qurbanlar arasında azərbaycanlı da var - VİDEO

Rusiyada adamyeyən ailədən yeni xəbər - Qurbanlar arasında azərbaycanlı da var - VİDEO
Rusiyanın Krasnodar diyarında adamları qətlə yetirərək, yeyən ərlə arvadın yaşadığı evin görüntüləri yayımlanıb.

Miq.az APA TV-yə istinadən xəbər verir ki, səliqəsiz vəziyyətdə olan mənzildə ilk gözə dəyən döşəməyə səpələnmiş müxtəlif kitablar, qutular və digər əşyalar olub.
Xatırladaq ki, bir neçə gün əvvəl Krasnodarda qətldə şübhəli bilinən yerli sakin – Dmitri Bakşeyev saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, sentyabrın 8-də tanış olduğu qadınla mübahisə zamanı onu qətlə yetirib. Daha sonra isə qadını hissələrə bölərək, selfi çəkdirib. Bundan bir neçə gün sonra isə həmin telefon yol tikintisində çalışan fəhlələr tərəfindən tapılaraq, polisə təhvil verilib.
Sosial şəbəkələrdə yayımlanan bu fotolardan sonra izləyicilərin yazdığı rəylərdən məlum olub ki, uzun zamandır 30 krasnodarlı yoxa çıxıb.
Hazırda Dmitri Bakşeyevlə birgə onunla əlbir olduğu iddia edilən, tibb bacısı işləyən həyat yoldaşı da həbsdədir. Sonuncu qətlə yetirilən qadının kimliyi də məlumdur. O, Omutininsk qəsəbə sakinidir. Qadının yaxınları axtarılır.
Ərlə arvadın uzun zamandır insanları öldürərək, yediyi iddia edilir. Bundan başqa, qətlə yetirilənlərin bölünmüş hissələrindən konservlər hazırlanıb, dondurulmuş vəziyyətə salınıb.
Mənzildən insan ətindən necə yemək hazırlanması barədə yazılan reseptlər də tapılıb.
Aztoday.az xəbər verir ki, qətlə yetirilərək yeyilənlər sırasında bir azərbaycanlı gəncin də olduğu ehtimal edilir. Bir çox ehtimallara görə, azərbaycanlı gənc, 2014-cü ilin dekabr ayında itkin düşmüş, Fyodr Uşakov adına Hərbi Dənizçilik Akademiyasının 5-ci kurs müdavimi olmuş Arif Koroğluyevdir. Arif Koroğluyev sonuncu dəfə 2014-ci ilin dekabr ayının 25-də Novorossiysk-Krasnodar avtobusu ilə hərəkət edib. Ondan sonra A.Koroğluyevi heç kim görməyib. Bu illər ərzində Novorossiysk hüquq-mühafizə orqanları A.Koroğluyevin itkin düşməsi ilə bağlı axtarışlarını davam etdirib.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az