Rusiyada azərbaycanlı gənc faciəvi şəkildə həlak oldu

Rusiyada azərbaycanlı gənc faciəvi şəkildə həlak oldu
Rusiyanın Leninqrad vilayətinin Volxov rayonunda bədbəxt hadisə nəticəsində 24 yaşlı Azərbaycan vətəndaşı həlak olub.
 
Miq.az virtualaz.org-a istinadən bildirir ki, insident mayın 14-də saat 08 radələrində Vağzal küçəsində yerləşən Şampan şərabları zavodunda baş verib.
Yükqaldıran maşını idarəedən azərbaycanlı paleti götürdükdən sonra anbarın çıxışında olan yoxuşu texnikanı arxaya idarə etməklə düşməyə çalışıb.
Yükqaldıran maşın ağırlıq qüvvəsinin təsiri altında aşıb. Sürücü təhlükədən qorunmaq üçün özünü sükan arxasından atsa da, başı ağır texnikanın altında qalıb.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələnə qədər işçi keçinib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az