Rusiyada təyyarə qəzasında azərbaycanlı sahibkar ölüb

Rusiyada təyyarə qəzasında azərbaycanlı sahibkar ölüb

Rusiyada təyyarə qəzasında ölən Namiq Qəhrəmanovun Azərbaycan vətəndaşı olduğu təsdiqlənib.

Orskdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, N. Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

Azərbaycan vətəndaşı N. Qəhrəmanov 2 il əvvəl Orenburqun Orsk şəhərinə gəlib, biznes fəaliyyət  ilə məşğul olmağa başlayıb. Rusiyada 3 illik yaşamaq icazəsi olan  N. Qəhrəmanovun Orskda tikiş sexi olub. 

Bundan əvvəl həyatını itirən sərnişinlərin siyahısı dərc edilib.
 
Sərnişinlərin siyahısında Namiq Qəhrəmanov adlı şəxsin də adı yer alıb.
 
Qeyd edək ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın "Domodedovo" hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az