Rusiyada vətəndaşlıq alınması qaydaları dəyişdi

Rusiyada vətəndaşlıq alınması qaydaları dəyişdi
Rusiya vətəndaşlığı alınması qaydalarına dəyişiklik oluna bilər.

"Qafqazinfo” xəbər verir ki, Rusiya vətəndaşlığını almaq istəyən əcnəbilər əvvəlki vətəndaşlıqlarını da saxlaya bilərlər.
Bu təklif Rusiya İqtisadi İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün federal dövlət büdcəsinə əlavə etdiyi sənədlərdə əksini tapıb. Nazirliyin məlumatına görə, gələcəkdə Rusiya ikinci vətəndaşlıqdan imtina tələbini ləğv edə bilər.
Bundan əlavə, Rusiya ali məktəblərində, eləcə də MDB və Baltikyanı dövlətlərin aparıcı universitetlərində təhsil almış əcnəbilərin ölkədə müvəqqəti qalmaq və yaşamaq, vətəndaşlıq almaq qaydaları asanlaşdırılacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az