Rusiyada yaşayan həmvətənimiz Azərbaycana gəlmək üçün 1 000 dollar ödəməli olub

Rusiyada yaşayan həmvətənimiz Azərbaycana gəlmək üçün 1 000 dollar ödəməli olub
Rusiyanın Bryansk vilayətinin sakini, əslən azərbaycanlı bir şəxs vətəninə gəlmək üçün 67,5 min rubl (təxminən, 1 000 ABŞ dolları) pul ödəməli olub.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məbləğ vergi borcuna görə ödənilib.
Belə ki, həmvətənimiz vergi öhdəliyini vaxtında ödəmədiyi üçün ölkədən çıxışına qadağa qoyulub. O, isə bundan sərhədi keçəndə xəbər tutub və vergi borcunu ödəmək məcburiyyətində qalıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az