Rusiyadan Azərbaycana qarşı növbəti təxribat

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat
Rusiyanın "İzvestiya” qəzeti Azərbaycana qarşı təxribata yol verib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, "İzvestiya” qəzetinin saytında bu gün Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülən Serj Sarkisyanla müsahibə yer alıb.
Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarma Dağlıq Qarabağ separatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz” yazılan lövhə əks olunub.
S. Sarkisyanla müsahibənin bir sualı Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya” qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az