Rusiyadan Azərbaycana ŞOK DOĞURAN Qarabağ dəstəyi

Rusiyadan Azərbaycana ŞOK DOĞURAN Qarabağ dəstəyi

 "Bu, Dağlıq Qarabağ nizamlanması üzrə birinci və hələ yeganə olan sənəddir ki, altında Azərbaycan və Ermənistan prezidentlərinin imzası dayanır”.

Erməni mətbuatı Mariya Zaxarovanın dediklərindən pat vəziyyətə düşüb

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi təmsilçisi Mariya Zaxarova keçirdiyi həftəlik brinfinqdə təmsil etdiyi qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəklədiyini nümayiş etdirib.

İstiPress-in məlumatına görə, açıqlama bunu qədər aydın ifadə edib ki, əvvəllər Zaxarovanın Azərbaycanla bağlı dediklərinə geninə-boluna yer verən erməni portalları bu dəfə sanki pat vəziyyətə düşərək susmağa üstünlük veriblər. Yalnız müxalifət yönümlü "1in.am” saytı məsələyə heç bir şərh vermədən açıqlamanın tam mətninii dərc edib.

Mariya Zaxarova münaqişənin hansı prinsiplər çərçivəsində həll edilməsinin vacibliyinə Rusiyanın baxışını nümayiş etdirib: 

"Ermənistan və Azərbaycan rəhbərliyi mübahisəli məsələləri güc tətbiq etməməklə və güc tətbiq edilməsi barədə hədələr olmadan, dövlətlərin ərazi bütövlüyü, bərabərlik və xalqların öz müqərratını təyin etmə hüququ əsasında həll edilməlidir”.

Bu fikir münaqişənin həlli ilə bağlı Azərbaycanın həmişə açıqladığı mövqe ilə üst-üstə düşür. Yəni Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət təklif edir ki, bu, Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratlarını təyin etməyə və digər azərbaycanlılarla bərabər hüquqa malik olmaq imkanı yaradacaq. Bu, bəlkə də erməniləri Azərbaycanda sovet dövründə olduğu kimi daha imtiyazlı mövqeyə çıxaracaq. Həmin illərdə ermənilərin yığcam yaşadığı rayonların və şəhərlərin rəhbərləri, yaxud ikinci adamları, bir çox nazirlərin birinci müavinləri, Ali Sovetin sədr müavinlərindən biri mütləq erməni olurdu. Erməni dili məhkəmələrdə və idarələrdə işlənirdi, yəni rəsmi statusu var idi.

Amma nədənsə erməni tərəfi bütün bunlardan imtina edərək işğal etdikləri ərazilərin Azərbaycanda qoparılmasını istəyirlər və bunun üçün ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin, bir sıra Avropa ölkələri rəhbərlərinin dəstəyinə ümid edirlər. Lakin lazımi dəstəyi almadıqda, yaxud münaqişənin həllində ərazi bütövlüyü prinsipinin vacibliyi barədə tövsiyyələr eşitdikdə hiddətlənirlər. 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdən sonra Berlinə səfər etmiş Serj Sarkisyanla görüşü zamanı Almaniya kansleri Angela Merkel də ərazi bütövlüyü prinsipinin vacibliyini vurğulamışdı və bu, erməni mətbuatına şoka salmışdı. Ermənilər mədəni dünyadan orta əsrin barbar "xristian təəssübkeşliyini” tələb edirlər. Buna görə Mariya Zaxarovanın Azərbaycanı təhqir etmədən beynəlxalq prinsiplər əsasında danışması onları iflic duruma salıb.

Mariya Zaxarova açıqlamasında münaqişənin xronologiyasından da danışıb və danışıqların Ermənistanla Azərbaycan arasında 1994-cü ildə imzalanmış tək sənəd əsasında aparıldığını deyib: "Bu, Dağlıq Qarabağ nizamlanması üzrə birinci və hələ yeganə olan sənəddir ki, altında Azərbaycan və Ermənistan prezidentlərinin imzası dayanır”.

Ermənilər isə hər dəfə iddia edirlər ki, artıq Ermənistanın danışıqlardan çəkinməsinin və Dağlıq Qarabağın tərəf kimi danışıqlara qoşulmasının vaxtı çatıb. Yəni münaqişənin Kosovo, yaxud Cənubi Sudan variantına salınmasına çalışırlar. Amma göründüyü kimi, Ermənistanın ən böyük havadarı olan Rusiya bu variantın əleyhinədir.

Ümumiyyətlə, son günlərdə Rusiyanın rəsmi dairələrinə yaxın politoloqlar münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi barədə müsahibələr verirlər. Məsələn, rusiyalı politoloq, Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin Ermənistanın "1in.am" portalına müsahibəsi zamanı münaqişənin həlli üzrə Rusiyanın "Lavrov planı" adlandırılan həll variantının detallarını açıqlayıb:

"Lavrov planı status-kvonun hüquqi vəziyyətdə saxlanması əvəzində Ermənistan tərəfindən Qarabağ ətrafındakı rayonların geri qaytarılması deməkdir. Bundan sonra vəziyyət bütün nəzər nöqtələr çərçivəsində normallaşdırılacaq və biz daha sakit, uzun dövrə girəcəyik”.

Duqinin təsvir etdiyi bu variant münaqişənin Madrid prinsipləri ilə həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxındır. Madrid prinsiplərinə görə, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın statusunun 5 ildən sonra keçiriləcək referendum əsasında müəyyən etməyi təklif edir.

Həmin müddət ərzində regiona sülhməramlılar yerləşdirilməli və qaçqınlar geri qaytarılmalıdır. Ermənistan bununla razılaşmır və Dağlıq Qarbağın statusunun 1 ildən sonra müəyyən edilməsini tələb edir. Azərbaycan isə Dağlıq Qarabağın statusunun 20 ildən sonra müəyyən edilməsini tələb edir. Duqinin «Lavrov planı» adlandırdığı varinat da buna tam uyğun gəlir. 

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az