Rusiyadan şok açıqlama: ABŞ Suriyaya raket atsa, dərhal...

Rusiyadan şok açıqlama: ABŞ Suriyaya raket atsa, dərhal...

ABŞ-ın Suriyaya atacağı raketlər dərhal vurulacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Livandakı səfiri Aleksandr Zaspikin Hizbullaha yaxınlığı ilə tanınan "Manar” kanalına deyib.

Səfir bununla bağlı hazırlıq görüldüyünü, atılan raketləri zərərsizləşdirəcəklərini bildirib.

Qeyd edək ki, Şərqi Qutanın Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfər həlak olub. Bundan sonra ABŞ-ın Suriyaya cavab zərbəsi endirəcəyi ilə bağlı iddialar səsləndirilib.

Bunun ardınca Rusiyanın Suriyada yerləşdirdiyi S-400-lər tam döyüş hazırlığına gətirilib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az