Rusiyalı deputat: Qarabağ və ətraf 7 rayon... - Video

Rusiyalı deputat: Qarabağ və ətraf 7 rayon... - Video

Yeddi rayonun və Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir.

Xəzər TV xəbər verir ki, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, rusiyali deputat Dmitri Savelyev deyib.

O deyib ki, Qarabağ məsələsi keçmiş Sovet İttifaqının bədənindəki qanlı yaradır və artıq neçə onilliklərdir bizə əziyyət verir.

Rusiyalı deputat Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqlarda qondarma rejimin tamhüquqlu tərəf kimi iştirakı barədə dediklərinə də ironiya ilə yanaşıb. O, bu yerdə "Qarabağ hansısa subyektdirmi" sualını ünvanlamaqla kifayətlənib.

Dmitri Savelyevin fikrincə, bu məsələ ilə bağlı Azərbaycan və Ermənistan rəhbərləri oturub, danışmalıdırlar və münaqişə sülh yolu ilə həll olunmalıdır.

Rusiyalı deputat bildirib ki, 7 rayon və Dağlıq Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir.

Dmitri Savelyev münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə gəlincə, güclənməyi, güclənməyi və bir daha güclənməyi məsləhət görüb. O qeyd edib ki, siyasi cəhətdən güclənmək, öz hərbi gücünü artırmaq mənasında mükəmməlliyə heç bir məhdudiyyət yoxdur.

Deputat qeyd edib ki, Rusiya bu gün Cənubi Qafqazda, o cümlədən Ermənistanda baş verən hadisələri diqqətlə izləyir. Rusiya orada hansı proseslərin baş verdiyindən narahatdır. Onun sözlərinə görə, Rusiya gözləyir ki, Ermənistanın yeni rəhbərliyi Rusiya tərəfinin onların ölkəsi üçün nələr etdiyini və edəcəyini unutmasın.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az