Rusiyalı general və polkovnik Suriyada güllələndi

Rusiyalı general və polkovnik Suriyada güllələndi
Rusiya hərbi qulluqçuları Suriyada növbəti itkilər verib.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın İrkutsk vilayətindən Suriyada müqaviləli əsaslarla döyüşən Vladimir Tarasyukun qohumlarına istinadən "New Irkutsk” nəşri yazıb.
Məlumata görə, hadisə döyüş tapşırığının icrası zamanı baş verib.
"Kiçik bacısı Olqa Dolmatovanın sözlərinə görə, Vladimir bazaya qayıdan zaman həlak olub. Döyüşçülərin pusqusuna ondan başqa polkovnik və general düşüb. Onların hamısını güllələdilər. Hadisə sentyabrın 16-sı səhər saatlarında baş verib”, - nəşr yazıb.
Həmçinin qeyd edilir ki, Tarasyuk başından qəlpə yarası alıb və çoxlu qan itirib. Vertolyot isə yerə enmək və yaralıları götürmək imkanlarına malik deyildi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az