Rusiyalı milyarder Monakoda həbs edildi

Rusiyalı milyarder Monakoda həbs edildi
"Monako” futbol klubunun sahibi, rusiyalı milyarder Dmitri Rıbolovlev Monako knyazlığı prokurorluğunun tələbi ilə həbs edilib.

Virtualaz.org "Le Monde” nəşrinə istinadla xəbər verir ki, Rıbolovlev korrupsiyada, "nüfuz alveri” faktlarında və bu cinayətlərdə iştirakda şübhəli bilinir, araşdırma aparılır. Onun Monte-Karlodakı yaşayış kompleksindəki evində axtarış aparılıb.
Hollandiyanın "nrc.nl” nəşri "Football Leaks” platformasının məlumatlarına istinadən bildirir ki, AİM Hollandiya şirkətinin başçısı Bernard de Roos Rıbolovlevlə saziş baölayıb və həmin saziş çərçivəsində rusiyalı milyarder maliyyə "fair play” qaydalarından yan keçməklə futbol klubuna vəsait yatıra bilirmiş.
Müqavilə 2014-cü ildə bağlanıb. De Roos "Monako”ya 10 il ərzində 1,4 milyard avro gətirməyə söz verib, başqa sözlə, gəlirlərin 10 dəfə artırılması vədini verib. Şərtlərə əsasən, vəsaitlər şirkətə qaytarılmalı idi.
Dmitri Rıbolovlev "Monako” FK-nın nəzarət səhm zərfini 2011-ci ildə alıb. 2,5 il ərzində o, kluba 325 milyon avro investisiya yatırıb və "nrc.nl”in bildirdiyinə görə, UEFA bundan əvvəl də klubun maliyyə mənbələrini şübhəli hesab etdiyini vurğulamışdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az