Rusiyanın əsas texniki xüsusiyyətləri gizli saxlanılan “Armata” tankı ilə bağlı yeni xəbər

Rusiyanın əsas texniki xüsusiyyətləri gizli saxlanılan “Armata” tankı ilə bağlı yeni xəbər

Rusiyanın hərbi təyinatlı məhsulların beynəlxalq ixracı üzrə ixtisaslaşan "Rosoboroneksport” şirkəti yeni nəsil "Armata” tankının xaricə satışı ilə bağlı işlərə başlayıb.

Alp.az-ın məlumatına görə, bu barədə "Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixiyev açıqlama verib.

Onun sözlərinə görə, şirkətin 2022-2025-ci il xarici ticarətə dair fəaliyyət planında T-14 "Armata” ilə yanaşı özüyeriyən haubitsa və artilleriya qurğuları 2S43 "Malva”, "Msta-S”, "Koalisiya-SB”, 2S40 "Floks”, o cümlədən 82 mm-lik "Drok” minomyotunun ixrac məsələləri öz əksini tapıb.

Əsas məsələlərdən biri isə T-14 "Armata”nın ixracı məsələsidir.

Qeyd edək ki, "Uralvaqonzavod” şirkətinin istehsalı olan T-14 – "Armata” İkinci dünya müharibsindən sonra istehsalına başlanan tankların üçüncü nəsili hesab olunur.  Hərbi mütəxəssislərin mülahizələrinə görə, tank istehsalında "Armata”nın analoqu yoxdur. Bu texnika yeni və tam olaraq, bütün parametrləri ilə Rusiya istehsalıdır. İlk dəfə olaraq, tankın ekipajı döyüş komplektlərindən kənarda – zirehli kapsula da yerləşdirilib. Bu amil hətta tankın qülləsinə güclü mərmi zərbəsi dəydikdə belə şəxsi heyyəti ölümdən qoruyur. Bundan başqa tankda olan döyüş sursatları partladıqda da ekipaj toxunulmaz qalır.

T-14-ün özəlliklərindən biri də səkkizqat şassi ilə təchiz olunmasındadır. Bu platforma isə maşının keçmək imkanını, gücünü və sürətini artırır.  Tank modern radiolakasiya sistemi ilə təchiz olunub. Bu sistem eyni vaxtda 40 yerüstü və 25 hava hədəflərini izləmək imkanına malikdir. Tank yivsiz 125 mm-lik topla təchiz olunub. Bu top mövcud olan istənilən mərmini, hətta idarəolunan raketi də ata bilir. Topdan atılan mərmi 8 km-dən artıq məsafədə hədəfi məhv edə bilir. Döyüş meydanını müşahidə etmək üçün 360 dərəcə görüntü yaradan kamera ilə təchiz olunan T-14 ən kəskin hava şəraitində və qaranlıqda hərəkət edə edə bilir.

Maşın 12 silindirli, X-şəkilli 1500 at gücü olan dizel mühərriklə təchiz olunub.

Mühərrik 12N360 markalıdır və "Transdizel” Çelyabinsk konstruktor bürosunun və Çelyabinsk Traktor zavodunun birgə məhsuludur. 48 ton çəkisi olan bu tankın 1500 at gücü olan mühərriklə maksimal sürəti saatda 90 kim-dir.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az