Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu”

Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu”
Rusiyanın Su-35S qırıcıları Suriyanın hava məkanında Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarını "tutub” və onları ölkənin hava məkanını tərk etməyə məcbur edib.

Virtualaz.org xəbər verir ki, bu haqda "Al-Masdar News” bildirir.

Məlumata görə Türkiyə qırıcıları Suriyanın hava məkanına 30-40 kilometr dərinlikdə daxil olublar və İdlib səmasında Rusiya təyyarələri ilə qarşılaşıblar. Onlar ya Rusiyanın Hava-Kosmik Qüvvələrindən xəbərdarlıq alıblar, ya da radarlarında Rusiya döyüş təyyarələrini görüblər. Bu insidentdən sonra Su-35 qırıcıları Xan-Şeyxun şəhərinin ətrafında görünüb.

Xatırladaq ki, avqustun 19-da Suriyanın Hərbi Hava Qüvvələri İdlib regionunda Türkiyə hərbi karvanına zərbə endirib. Karvan Xan-Şeyxundakı müxalif qruplaşmalara dəstək üçün göndərilirdi. Hücum nəticəsində üç mülki sakin həlak olub, Türkiyə ordusunun itkiləri barədə məlumat verilmir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az