Rusiyaya növbəti zərbə hazırlanır – TARİX AÇIQLANDI

Rusiyaya növbəti zərbə hazırlanır – TARİX AÇIQLANDI
"Skripal işi" ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketi Konqres Dövlət Departamentinin konsultasiyalarının nəticələrindən asılıdır.

Publika.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin nümayəndəsi Robert Palladino bildirib.

O, brifinqdə qeyd edib ki, Dövlət Departamenti Rusiyanın kimyəvi silahın tətbiqi haqqında qanunun tələblərinə riayət edib-etmədiyi barədə məruzəni noyabrın 6-dan gec olmadan Konqresə təqdim etməyə məcburdur. Konsultasiyalar göstərilən tarixdən başlayacaq.
"Biz noyabrın 6-da Konqreslə konsultasiyalara başlamağa məcburuq, ancaq konsultasiyaların keçirilməsi üçün vaxt məhdudiyyəti yoxdur", - o vurğulayıb.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London və Vaşinqton hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az