Rusiyaya qarşı sanksiyalar aradan qaldırıla bilər - Nazirdən AÇIQLAMA

Rusiyaya qarşı sanksiyalar aradan qaldırıla bilər - Nazirdən AÇIQLAMA
"Əgər Donbasda sülməramlılarla bağlı ideya reallaşsa, onda Rusiyaya qarşı sanksiyalar addım-addım götürülə bilər”.
 
Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransında Almaniyanın  xarici işlər naziri Ziqmar Qabriel vurğulayıb.
"Biz Ukraynada sülhü bərqərar etməliyik. Əgər bu reallaşsa, biz sanksiyaları addım-addım götürəcəyik” – Ziqmar Qabriel bildirib.

 Onun sözlərinə görə, Almaniya Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir.

"Təbii ki, müxtəlif fikir ayrılıqları var. Buna baxmayaraq Rusiya bizim nəhəng Avropa qonşumuz olaraq qalır. Və biz bu ölkə ilə münasibətlərdə stabillik və yaxşı münasibətlər istəyirik” - deyə Qabriel qeyd edib.

Qeyd edək ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq olunmağa başlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az