Ruslar bu istiqamətdə geri çəkilir - Ukrayna

Ruslar bu istiqamətdə geri çəkilir - Ukrayna

Ukraynalı müdafiəçilər düşmənin Dolqenkoye-Dolina istiqamətində hücumunu dayandırıblar.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmən Dolqenkoye-Dolina istiqamətində hücum əməliyyatları aparır. Əsas səylər İzyum-Slavyansk istiqamətində hücumun davam etdirilməsinə yönəlib. O mövqelər qoşunlarımızın artilleriya və reaktiv yaylım atəş sistemlərindən atəşə tutulub. Müdafiəçilərimiz düşmənin Dolqenkoye-Dolina istiqamətində hücum cəhdini qətiyyətlə dayandırıb, ruslar geri çəkilir”, - məlumatda deyilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az