Rövşən Lənkəranskinin adamı atışma zamanı öldürüldü - FOTO

Rövşən Lənkəranskinin adamı atışma zamanı öldürüldü - FOTO
Azərbaycanlı kriminal avtoritet Köçəri Sumqayıt qətlə yetirildi.

Miq.az xəbər verir ki, bu barədə criminal.az saytına mərhumun "bratva""sı Elnur Sumqayıtlı məlumat verib. O bildirdi ki, Köçəri ötən gün Ukraynanın paytaxtı Kiyev şəhərində atışma zamanı öldürülüb. 

Köçəri dəfn olunması üçün doğulduğu Bərdə rayonuna aparılıb. 
K.Sumqayıt mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin klanının üzvü olub. "Qanuni oğru" Dato Ağcabədinski, Dadaş və Ruslan qardaşları ilə yaxın münasibəti olub. K.Sumqayıt Azərbaycanda məhkumluq həyatı yaşayıb. 
Atışmanın hansı qruplaşmalar arasında baş verməsi hələlik məlum deyil.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az