Röya Ayxanın biznes ortağı həbs edildi

Röya Ayxanın biznes ortağı həbs edildi
Tanınmış müğənni, əməkdar artist Röya Ayxanın keçmiş biznes ortağı həbs edilib.

"Report"un məlumatına görə, R.Ayxanla birgə işləmiş tanınmış dizayner Səbinə Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Belə ki, S.Hüseynova dələduzluqda ittiham edilir. İttiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İstintaq dövründə S.Hüseynova barəsində həbs qətimkan tədbiri seçilməyib. Bir neçə həftə əvvəl S.Hüseynovanın məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhkum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb.
Tutulan S.Hüseynova Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az