Rza Zərrabın işi ilə bağlı məhkəmə 2 saatlıq GİZLİ İCLAS keçirdi - QƏRAR

Rza Zərrabın işi ilə bağlı məhkəmə 2 saatlıq GİZLİ İCLAS keçirdi - QƏRAR
Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da keçiriləcək məhkəməsi təxirə salınıb.

Publika.az xəbər verir ki, məhkəmə prosesində iştirak edəcək jüri heyətinin seçimi 27 noyabr, məhkəmə prosesi isə 4 dekabr tarixinə təyin edilib.
Qərar hakimlərin və vəkillərin qatıldığı 2 saatlıq gizli iclasda qəbul edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxslərdən biri -Türkiyənin "Xalqbank” bankının müdir köməkçisi Mehmet Hakan Atilla iştirak edib. Lakin Rza Zərrab məhkəmə iclasına gətirilməyib.
Qeyd edək ki, Rza Zərrab və Mehmet Hakan Atilla ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az