S-400-ün “Patriot”la müqayisəsi: Hansı güclüdür - Video

S-400-ün “Patriot”la müqayisəsi: Hansı güclüdür - Video

Rusiyadan Türkiyəyə S-400 zenit raket komplekslərinin ilk hissələri çatdırılıb. Türkiyənin Müdafiə Nazirliyinin sözügedən informasiyanı yaymasından sonra bir çox mətbuat orqanında qardaş ölkənin aldığı S-400-lərlə ABŞ-ın "Patriot” komplekslərinin müqayisəsi aparılıb.

Miq.Az Axar.az-a istinadən öz sahəsində dünyanın ən müasir və güclü silahları sayılan komplekslərin müqayisəsini təqdim edir:

"Patriot" sistemi radar, atəş nəzarət mərkəzi, enerji mənbələri, rabitə cihazları, texnoloji avadanlıqlar, radio-texniki və texniki kamuflyaj vasitələri, buraxılış qurğuları və idarə oluna bilən raketlərdən ibarətdir.

S-400 sistemi hər biri 12 buraxılış qurğusuna sahib 8 raket kompleksi, sistem nəzarət mərkəzi, radar mərkəzi, antenlər üçün səyyar qüllə, idarə olunan raketlər, texniki dəstək sistemi, raketlər üçün texniki qulluq vasitələrindən ibarətdir.

Sistemlərin aerodinamik hədəfləri vurma mənzili:

"Patriot” - 160 kilometr;

S-400 - 250 kilometr;

Sistemlərin ballistik raketləri vurma mənzili:

"Patriot” – 45 kilometr;

S-400 - 60 kilometr;

Hədəfləri vurma yüksəkliyi:

"Patriot”larda maksimum - 24 kilometr;

S-400-lərdə maksimum - 27 kilometr;

Radarların əhatə dairəsi və qurulma müddəti:

"Patriot” - 150 kilometr, 30 dəqiqə;

S-400 - 600 kilometr, 5 dəqiqə;

Sistemin reaksiya müddəti və raketin buraxılış bucağı:

"Patriot” - 15 saniyə, 38 dərəcə;

S-400 - 10 saniyə, 90 dərəcə.
 [video=http:// ]
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az