Sabah hava dumanlı olacaq – PROQNOZ

Sabah hava dumanlı olacaq – PROQNOZ
Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz  50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə  18-23°, gündüz  30-35° isti, dağlarda gecə 13-18°, gündüz  22-27° isti olacağı gözlənilir.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az