Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİ

Sabah Qarabağda müharibə başlayacaq - Erməni MƏNBƏLƏRİ
Sabah Dağlıq Qarabağda müharibə başlayacaq.

Miq.az
xəbər verir ki, bu iddia ilə erməni siyasi şərhçi Qalust Qriqoryan çıxış edib.

Q.Qriqoryan qələmə aldığı məqalədə Azərbaycanın əraziləri azad etmək üçün son şərtərini irəli sürdüyünü yazıb.

"Hamımız BMT Baş Assambleyasının 72-ci sessiyasında İlham Əliyevin çıxışını gördük. Azərbaycan prezidenti açıq şəkildə bəyan etdi ki, "aprel müharibəsi”ndə olduğu kimi Ermənistanın istənilən addıma qarşı Azərbaycan ordusu cavab verəcək. Bu, BMT-də, dünyanın ən ali orqanı olan tribunada təkcə Ermənistana yox, bütün dünyaya xəbərdarlıq idi. Təsadüfi deyildi ki, İlham Əliyev BMT-də çıxış edərkən Azərbaycan ordusu hərbi atışlar həyata keçirirdi. Bu o deməkdir ki, sabah müharibə başlayarsa, təəccüblənməməliyik”, - deyə o bildirib.

Erməni şərhçi Serj Sarkisyan hakimiyyətini tənqid edib: "İlham Əliyev dünyaya xəbərdarlıq edəndə Sarkisyan ağzına su alıb oturdu, verməyə cavabı olmadımı? İlham Əliyev açıq şəkildə Sarkisyanın soyqırımı törətdiyini söylədi. Bunu heç Ukrayna prezidenti Pyotr Poroşenko belə BMT tribunasından Putinə deməyib. Amma İlham Əliyev dedi, Sarkisyan isə susdu. Əfsuslar olsun ki, bizim hakimiyyətimiz cavab verməyi belə bacarmır”.

Q.Qriqoryan Azərbaycan müdafiə naziri Zakir Həsənovun fikirlərinin də Ermənistana son xəbərdarlıq olduğunu iddia edib.

Qeyd edək ki, Z.Həsənov Prezident İlham Əliyevin BMT-dəki çıxışını şərh edərkən, "Ali Baş Komandanın Dağlıq Qarabağ münaqişəsi ilə söylədiyi fikirlər Ordu üçün əmrdir” deyə bildirib.

Q.Qriqoryan Bakının artıq heç nədən çəkinmədiyini və ərazilərin azad olunması üçün müharibə variantını açıq şəkildə dilə gətirdiyini deyib. Onun fikrincə, bütün bunlar Ermənistana yaxşı heç nə vəd etmir.

Qriqoryanın fikirləri Ermənistanda Prezident İlham Əliyevin çıxışının yaratdığı rezonansı əyani şəkildə göstərir. Lakin onun "sabah müharibə başlayacaq” deməklə, hücumun Azərbaycan tərəfindən ediləcəyinə işarə etməsi təxribat əməlindən başqa bir şey deyil. Doğrudur, rəsmi Bakı torpaqların azad olunması üçün istənilən vaxt hərbi əməliyyata başlayacağını gözlətmir və beynəlxalq hüquq Azərbaycana bu haqqı verir. Həmçinin, Ali Baş Komandan da BMT tribunasından bunu qəti şəkildə vurğuladı. Amma burada ermənilərin növbəti təxribata əl ata biləcəyi də istisna deyil. Ermənistanın xunta rejimi təmas xəttində yeni təxribata əl ata, Ordumuzun cavab atəşini isə "Azərbaycan bizə hücum edir” formasında təqdim edə bilərlər. Klassik üslubdur. Sarkisyanın BMT-də verə bilmədiyi cavabı cəbhədə təxribatla verməyə cəhd etməsi o qədər də təəccüblü ola bilməz. Xüsusilə erməni hərbi birləşmələrinin mülki əhalini hədəfə alması daim gündəmdə olan təhlükədir. Bu baxımdan, Azərbaycan Ordusu ayıq olmalıdır. //Publika.az
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az