Sabah üçün QORXUNC PROQNOZ - Növbəti 8 gün...

Sabah üçün QORXUNC PROQNOZ - Növbəti 8 gün...
Günəş sistemindəki partlayışlar nəticəsində yaranan maqnit dalğaları Yer kürəsində hiss ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin mütəxəssisləri Rusiyanın "Ulduz" telekanalına açıqlamasında deyib.
Mütəxəssislər qeyd edir ki, 13 sentyabr gecə saatlarında planetin orbitində 3-4 bal gücündə maqnit dalğası gözlənilir. Növbəti 8 gün ərzində isə bu göstəricinin 5 bala qədər güclənəcəyi ehtimal edilir.
Ekspertlər Günəşdə qeydə alınan fəallıqla əlaqədar Yer kürəsinin orbitində olan kosmik aparatların zərər görə biləcəyini də qeyd ediblər.
Tədqiqatçıların fikrincə, sentyabr ayının 13-ə gözlənilən maqnit dalğası sözügedən 5 təhlükəli maqnit dalğasından ikincisi olacaq və ondan sonra Günəş Yer kürəsinin digər tərəfinə keçəcək. Alimlər yaxın gələcəkdə 3-cü səviyyəli maqnit dalğasının baş verəcəyi ehtimalını da nəzərə çatdırıblar.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az