Sabahdan 15 ölkənin vətəndaşlarına hava limanlarında viza veriləcək

Sabahdan 15 ölkənin vətəndaşlarına hava limanlarında viza veriləcək
Sabahdan etibarən 15 dövlətin vətəndaşları Azərbaycanın hava limanlarında "ASAN Viza” sistemi ilə viza ala biləcəklər.APA-nın xəbərinə görə, bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcək.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından "ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə "ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az